14 dekabr 2014-cü il tarixdə Səbail rayonu 134 saylı orta məktəbin 2-ci sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər.
Ekskursiya prosesində şagirdlər kitabxananın şöbələri ilə tanış edildi və multimediya zalında yeni nəşr olunmuş uşaq kitablarından hekayələr oxunaraq müzakirə olundu. Kitabxanaya ilk dəfə gələn balaca qonaqlar üçün nağıl otağı böyük marağa səbəb oldu.
Şagirdlərə “Kitab” adlı animasiya filmi göstərildi. Müəllimləri ilə birgə kitabxanaya ilk dəfə üzv olan oxuculara kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər