20 noyabr 2014-cü ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1991-ci il 20 noyabr vertolyot qəzası faciə qurbanlarına həsr olunmuş “Həyat var ki, ölüm qədər zəhərli, Ölüm var ki, həyatdan da dəyərli” adlı xatirə gecəsi keçirildi. Tədbirdə 1988-1992-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətində Şuşa rayon milis şöbəsinin rəisi, sonra DQMV Daxili İşlər İdarəsinin rəis müavini işləmiş, hazırda istefada olan polis polkovniki, Bakı Slavyan Universitetinin dosenti, hüquq elmləri namizədi Sadir Məmmədov, Xocalı rayon keçmiş polis rəisi mayor Sabir Məmmədov, şair, publisist, Respublika qəzetinin əməkdaşı Rauf İlyasoğlu, şair Qqtay Rza, 20 noyabr faciə qurbanlarının yaxınları, həkim, şair Zakir Ağdamlı, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, , Bakı Slavyan universitetinin I kurs tələbələri, kitabxana əməkdaşları, Nəsimi rayonundakı 35 və 44 saylı məktəbin yuxarı sinif şagirdləri iştirak edirdi. Xatirə gecəsində tədbir iştirakçıları kitab sərgisi ilə tanış oldular, video slaydlara tamaşa etdilər. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq müstəqiilik tariximizin qanlı səhifəsi olan - 20 noyabr faciəsi ilə bağlı qısa məlumat verdi, şəhidlər 1 dəqiqəlik sükutla yad olunmaq üçün hamı ayağa qalxdı. Sonra söz bütün bu faciənin canlı şahidi Sadir Məmmədova verildi. Sadir Məmmədov öz çıxışında iki əsr davam edən soyqırımdan, Qarabağın tarixindən çox maraqla danışdı və çıxışının sonunda hər bir azərbaycan vətəndaşını öz tariximizi öyrənməklə vətənpərvər olmağa ruhlandırdı. Tədbirdə həmçinin digər qonaqlar da çıxışlar etdi. Uşaqlar arasında “Əsl vətənpərvər kimdir” adlı rəy sorğuları keçirildi. Tədbirin sonunda 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzası ilə bağlı Sevinc Osmanqızının hazırladığı “Sülh missiyası”filmi göstərildi. Tədbir Vətən Şəhidlərinə həsr olunmuş Şəmistan Əlizamanlının ifasında səslənən mahnı ilə yekunlaşdı.


Tədbirin səkilləri
Bütün xəbərlər