F.Köcərli adına Respublika Uşaq Kitabxanası Nəsimi rayon icra nümayəndəliyi ilə birgə noyabrın 7-də Nəsimi rayon İcra Hakimiyyətinin akt zalında Bayraq gününə həsr olunmuş tədbir keçirdi. Foyedə Nəsimi rayonu məktəblilərinin rəsmləri, “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı kitabxanamızın təşkil etdiyi kitab sərgisi nümayiş olundu. İlk olaraq tədbir iştirakçıları kitab sərgiləri və rəsmlərlə tanış oldular. Sonra isə akt zalında tədbir başlandı. Tədbir Azərbaycanın himni ilə başladı. Tədbiri giriş sözü ilə Nəsimi rayon icra başçısının müavini Gülarə xanım Verdiyeva açaraq 9 noyabr Bayraq günü ilə əlaqədar ətraflı məlumat verdi. Tədbir iştirakçıları Çingiz Mustafayev adına incəsənət yaradıcılıq mərkəzinin uşaqlarının ifasında rəqsə tamaşa etdilər, Azərbaycan və Vətənə həsr olunmuş mahnıları dinlədilər. Bakı Uşaq Teatrının yaradıcı kollektivinin Bayraq gününə həsr etdiyi “Vətən” tamaşasına baxdılar. Tədbir böyük ruh yüksəkliyi ilə sona yetdi. Hamı bir ağızdan “Bir kərə yüksələn bayraq bir daha enməz!” söylədi.


Tədbirin səkilləri
Bütün xəbərlər