F.Köçərli adına Respublika Uşaq Kitabxanası 31 oktyabr 2014 tarixində “Kitab həftəsi” adlı tədbirinə yekun vurdu. Qeyd edək ki, tədbirin ilk günü 27 oktyabr 2014 tarixində Təhsil Nəşriyyat Poliqrafiya müəssisəndə keçirildi və bir həftə boyunca davam etdi. Həftə ərzində kitabın və kitabxanaların yaranma tarixi haqqında şagirdlərə geniş məlumat verildi.
“Kitab həftəsi”nin bu günkü qonaqları isə Bakı şəhəri Nərimanov rayonu 212 saylı orta məktəbin 5-ci və 6-cı sinif şagirdləri oldu. Kitabxana və onun iş prinsipi, xüsusilə skayner aparatı şagirdlərdə çox böyük maraq doğurdu. Həmçinin məktəblilər “Göy Qurşağı” jurnalının çapa hazırlanmasını əyani şəkildə izlədilər.
Tədbirdə şagirdlərə kitab və kitabxana haqqında tam məlumat verilməklə yanaşı, tarixdə kitablar haqqında ən maraqlı faktlar da açıqlandı. Belə ki, dünyadakı ilk yazılan kitab “Diamond Sutra”, Harvard Universitetinin kitabxanasında aşkar edilən insan dərisindən cildlənmiş kitablar, rəssam və fotoqraf Terri Borderin təsvir etdiyi “Kitablar canlı olsaydı” və londonlu rəssam Conatan Volstenholmun yaratdığı “Əlli-qollu kitablar” seriyası rəsmlər üzərində müzakirə edildi.
Tədbirin sonunda şagirdlər arasında “Əgər kitab yazsaydınız hansı mövzuda yazardınız” adlı sorğu keçirildi. Sorğu nəticəsində məlum oldu ki, şagirdləri ən çox maraqlandıran təbiət mövzusudur.


Tədbirin səkilləri
Bütün xəbərlər