29 oktyabr 2014-cü il, saat 14:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Kitab həftəsi” adlı silsilə tədbirin növbəti günü keçirildi.
Tədbirdə Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta məktəbin 7-ci sinif şagirdləri iştirak etdi. Tədbir kitabxanaya ekskursiya ilə başladı. Şagirdlərə kitabxanaya kitabın necə daxil olması, ilk öncə hansı şöbələrdən keçərək oxucuların xidmətinə verilməsi haqqında geniş məlumatı Kütləvi İşlər şöbəsinin müdiri Leyla İbrahimova verdi. Ekskursiyanın sonunda kitabxananın oxu zalında “Kitabın yaranması nə üçün lazımdır?” adlı mövzu müzakirə edildi, kitabın yaranması tarixi, ilk əlifba, ilk kitab materialları, dünyada və Azərbaycanda ilk kitab, ilk kitabxana və digər kitab haqqında maraqlı məlumatlar şagirdlərə çatdırıldı.
Tədbirin sonunda şagirdlərə “Kitablar” adlı animasiya filmi göstərildi və kitabxananın nəşr etdiyi “Göy Qurşağı” jurnalı hədiyyə edildi. Qeyd edək ki, tədbirin davamı 31 oktyabr tarixində keçiriləcəkdir.


Tədbirin səkilləri
Bütün xəbərlər