14 oktyabr 2014-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir boyakarlıq sənətində mənzərə janrının yaradıcısı, rəssam, qrafik Səttar Bəhlulzadənin xatirə günü münasibətilə “Əsrin dahisi, sənətin fədaisi” adlı sərgi təşkil edildi.
Kitabxanaya gələn oxucların hər biri böyük maraqla sərgi ilə tanış oldu. Sərgiyə maraq göstərən hər bir oxucuya İncəsənət və Kütləvi İşlər Şöbəsinin əməkdaşları rəssamın həyatı, onun əsərləri barədə geniş məlumat verdi. Rəssamın kitabxanada olan əl işləri nümunə olaraq oxuculara göstərildi. Həmçinin oxucularla hər bir əsər üzrə rəy sorğusu, fikir mübadiləsi aparıldı. Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkildi.
Xatırladaq ki, rəssamın əl işləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır. Səttar Bəhlulzadə 1974-cü il oktyabrın 14-də Moskvada vəfat edib və Bakının Əmircan qəsəbəsində torpağa tapşırılıb.


Tədbirin səkilləri
Bütün xəbərlər