Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 1iyun - 1 sentyabr 2014 tarixində təşkil etdiyi “Kitab oxumağın vaxtıdır?” adlı foto müsabiqəsinə yekun vuruldu. Müsabiqəyə 114 həvəskar fotoqraf öz fotolarını təqdim etmişdi. Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş fotolara ümumi baxış keçirmiş, müzakirələr aparmışlar.
Münsiflər heyətini rəssam Kirman Abdinov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Kütləvi İşlər və İncəsənət şöbələrinin əməkdaşları təmsil edirdi. Təqdim olunmuş fotolardan doqquz foto “Kitab oxumağın vaxtıdır?” fotomüsabiqəsinin qalibi elan olundu. Müsabiqədə nəzərdə tutulmuş hər üç yer üçün üç qalib müəyyənləşdirildi. Qaliblər aşağıdakılardır:



I yer
• Mustafayeva Şəms Nəsimi qızı 7-ci sinif, İncəsənət Gimnaziyası
• Talışınskaya Fərəh Elçin qızı 8-ci sinif, 20 saylı orta məktəb
• Məhərrəmova Nigar İsgəndər qızı 10-cu sinif, Dünya Məktəbi
II yer
• İbrahimov Əhəd İbrahim oğlu 18 yaş
• Quliyev Səid Rafət oğlu 3-cü sinif, 258 saylı orta məktəb
• İzzətov Tofiq Rasif oğlu 21 yaş
III yer
• Əlizadə Leyla Ənvər qızı 19 yaş,
• Qasımzadə Zərrin Ələddin qızı 3-cü sinif, 258 saylı orta məktəb,
• Sadıqov Rəcəb Rahim oğlu 6-cı sinif, 201 saylı orta məktəb
15 sentyabr Bilik Günündə qaliblərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xüsusi diplom və hədiyyələri təqdim olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər