Noyabrın 8-də Səbail rayonu O. Mirzəyev adına 190 nömrəli tam məktəbdə “Bayraq mənliyimiz, bayraq kimliyimiz” adlı musiqili əbədi tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə başladı. Aparıcılar üç rəngli bayrağımız haqqda məlumat verdilər. Monitorda müğənni Azərinin ifasında “Çırpınırdı Qara Dəniz” mahnısı verilimiş və VII-X sinif şagirdləri şeir söyləmişlər. Məktəbin xoru şairə Xuraman Vəfanın sözlərinə yazılmış “Azərbaycanım” mahnısı ifa etmişlər. Sonra Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı və Ağalar Bayramovun ifasında “Azərbaycan bayragı” şeiri səsləndi. Ölkəşünaslıq və milli ədəbiyyat şöbəsinin tədbirlə bağlı təşkil etdiyi sərgi şagirdlərin marağına səbəb oldu.


Tədbirin səkilləri
Bütün xəbərlər