8 noyabr 2013-cü ildə Səbail rayon 160 nömrəli tam klassik gimnaziya Bayraq günü həsr olunmuş musiqili bədii gecə keçirdi. Tədbirdə Səbail rayon İcra hakimiyyətinin nümayəndəsi, İstiqlal muzeyinin əməkdaşı,Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları, müəllim və şagirdlər iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasını Dövlət himni ilə başladı. Məktəbin direktoru Faina müəllimə tədbir iştirakçılarını salamladı və Azərbaycan Respublikasının dövlət rəmzlərindən danışaraq onları sevməyi və göz bəbəyi kimi qorumağı uşaqlara tövsiyyə etdi. Aparıcılar Azərbaycan müstəqilliyinin tarixindən, Ümummilli liderimiz Heydər Əliyevin və İlham Əliyevin müstəqillik sahəsindəki siyasətindən danışdılar. Şagirdlər Azərbaycan bayrağına həsr olunmuş şeir və mahnılar ifa etdilər. Gözəl rəqs nümunələri göstərildi. Sonda məktəbin direktoru tədbir iştirakçıklarına öz təşəkkürünü bildirdi.


Tədbirin səkilləri
Bütün xəbərlər