2 iyun 2014-cü il F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə “Böyük dünyanın balaca sakinləri” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın Kütləvi İşlər Şöbəsinin müdürü Leyla İbrahimova açaraq, Uşaqların Beynəlxalq Müdafiə gününün tarixi və yaranması ilə bağlı uşaqlara məlumat verdi. O, bildirdi ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Tədbirdə Modern School-un şagirdləri iştirak edirdilər. İlk öncə balacalara həsr olunmuş video-slayd göstərildi. Tədbirdə şagirdlərə maraqlı nağıllar oxundu, sonra həmin nağıllardakı qəhrəmanlar müzakirə edildi.
Tədbirin sonunda bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy Qurşağı” jurnalı hədiyyə edildi.


Tədbirin səkilləri
Bütün xəbərlər