F.Köçərli adına Respublika Uşaq Kitabxanası Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Respublika Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan Uşaq və Gənclər Yaradıcılıq Mərkəzləri arasında 22, 26 may 2014-cü il tarixində Beynəlxalq Biomüxtəliflik gününə həsr olunmuş “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma keçirdi. Yarışmada Böyük Britaniya, Türkiyə, Hindistan, Rusiya, Gürcüstan, Tatarıstan, İran, Yunanıstan, Hollandiya, Hindistan, İtaliya, İspaniya dövlətləri təmsil olunurdu. Yarışma 5 nominasiya üzrə nəzərdə tutulmuşdu:
1. Təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video və ya foto) hazırlanması
2. Milli rəqs
3. Milli geyim (seçilən dövlətlərə mənsub kuklalara)
5. Milli kuklanın hazırlanması
6. Şirma nağıl
Tədbiri keçirməkdə əsas məqsəd uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hisslərini aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla uşaqları maarifləndirmək idi. Yarışmanın açılışı 22 may saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçirildi. Münsiflər heyətini Mədəniyyət Və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, Respublika Xoreoqrafiya Akademiyasının əməkdaşı, sənətşünas Gülşən xanım Kəngərli, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı- Məlumat Hesablama Mərkəzi, WEB texnologiyaları şöbəsinin sektor müdiri Knyaz Yaqubov, Azərbaycan Xalq rəssamı Arif Hüseynov, arxitektor, rəssam və Azərbaycan kuklaçılarının koordinatoru Pərviz Hüseynov, filologiya elmləri doktoru, professor, uşaq yazıçısı Zahid Xəlil təmsil edirdi. Tədbirdə təmsil olunan 12 dövlətin səfirliklərindən nümayəndələr, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord, Ombusdman nümayəndəliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyinin əməkdaşları, uşaq yazarları, məktəblilər iştirak edirdi.
Tədbir (169 nəfər ) iştirakçıları bunlardır:
1. Nəsimi rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi(Türkiyə)
2.Sabunçu rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Böyük Britaniya)
3.Yasamal rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Hindistan)
4. Səbail rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Gürcüstan)
5. Binəqədi rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Özbəkistan)
6. Xətai rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İran)
7. Nərimanov rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İspaniya)
8. Qaradağ rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Rusiya)
9. Xəzər rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (İtaliya)
10.Suraxanı rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Tatarıstan)
11.Pirallahı rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Yunanıstan)
12.Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi (Hollandiya)
Yarışmanın açılışı C.Hacıyev adına 3 saylı musiqi məktəbinin xor kollektivinin ifasında Uşaq himni ilə başladı. (sözləri İsmayıl Dadaşov, musiqisi Səyavuş Kərimi) Tədbir ssenari üzrə davam etdi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinın Aparatının rəhbəri Firudin Qurbanov çıxış etdi. Çıxışında 22 may tarixinin bizim üçün necə önəmli olmasından, uşaqlar arasında aparılan belə işlərin onların dünyagörüşünün artmasında, tolerantlıq hislərinin güclənməsində rolundan danışdı. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord çıxış ında qeyd etdi ki, belə tədbirlərin keçirilməsi həqiqətən də onu daha çox sevindirir. Çünki ana və uşaqların sağlamlığının qeydinə qalan bir təşkilat kimi, gələcəyimiz olan uşaqların sağlam, hərtərəfli böyümələri üçün keçirilən tədbirə görə Mədəniyyət Nazirliyinə, kitabxana işçilərinə öz dərin minnətdarlığını bildirdi. Tədbir iştirakçılarının 3 nominasiya üzrə əl işlərinə(Kuklaların hazırlanması, şirma nağılın təqdimatı və milli geyimin güzgün seçilməsi) Muğam Mərkəzinin foyesində , 2 nominasiya üzrə isə (çarxlı video və ya foto slaydın nümayişi, milli rəqsin təqdimatı) zalda qiymət verildi. Ən yüksək qiymət 5 bal olmaqla qiymətləndirildi.
Yarışmanın yekun konserti, qaliblərin mükafatlanması mayın 26-da saat 11:00-da Beynəlxalq Muğam Mərkəzində keçirildi. Tədbirdə qaliblərin mükafatlanması təntənəli şəkildə qeyd olundu.
“Tamaşaçı rəğbəti” nominasiyasının qalibi Nəsimi rayon Çingiz Mustafayev adına 25 saylı Uşaq Yaradıcılıq Mərkəzi oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev dəvət olundu. Yekun mərhələsində onlar Türk rəqsini oynadılar. Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Əhməd bəy uşaqları təbrik etdi, onlara uğurlar dilədi. Yarışmanın əsas nominasiyalından biri olan “Milli kukla” nominasiyasının qalibi Səbail rayon 20 saylı Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə arxitektor, rəssam, Azərbaycan kuklaçılarının koordinatoru Pərviz Hüseynov dəvət olundu. Onlar da yekun konsertdə gürcü rəqsi ilə çıxış etdilər. “Kuklalara milli geyimin düzgün seçilməsi” nominasiyasının qalibi 26 saylı Binəqədi rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə Azərbaycan xalq rəssamı Arif Hüseynov dəvət olundu. Onlar özbək rəqsi ilə yekun konsertinə daha əlvan rəng qatdılar. “Şirma nağıl” nominasiyasının qalibi Qaradağ rayonu 33 saylı Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə uşaqların sevimli yazıçısı Reyhan Yusifqızı dəvət olundu. “Çarxlı video və ya foto slaydın hazırlanması” nominasiyasının qalibi 24 saylı Yasamal rayon Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Onlar yekun konsert proqramında hind rəqsi ilə çıxış etdilər. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə Ratitə və İnformasiya Texnologiyaları Nazirliyi, VEB texnologiyaları şöbəsinin sektor müdiri Knyaz Yaqubov dəvət olundu. Ratitə və İnformasiya Texnologiyaları Nazirliyinin xüsusi hədiyyəsi (notbuk) Pirallahı rayon 29 saylı UYM-nin üzvlərinə verildi. Təmsil olunan dövlətin “Milli rəqs” nominasiyasının qalibi 28 saylı Xəzər Uşaq Yaradıcılıq Mərkəzinin üzvləri oldu. Nominasiya qalibinə diplom və hədiyyəni təqdim etmək üçün səhnəyə Respublika Xoreoqrafiya Akademiyasının əməkdaşı, sənətşünas Gülşən xanım Kəngərli dəvət olundu. Bütün nominasiya qaliblərinə diplom və video kamera hədiyyə edildi.
Yarışmanın qalibi Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzi oldu, onlar 141 balla seçildilər. Zalda monitorda münsiflərin verdiklər qiymətlər, yekun qiymətlərin cədvəli göründü. Hər bir iştirakçı onlara verilən qiymətlərlə tanış oldular. Qalib komanda kubok və kompüter dəsti qazandı.
Yarışmada fəal iştirak etdiklərinə görə Sabunçu rayon 47 saylı Məktəbdənkənar iş mərkəzi, Xətai rayon 22 saylı UYM, Nərimanov rayon 21 saylı UYM, Pirallahı rayon 29 saylı UYM, Suraxanı rayon 32 saylı UYM-nin bütün iştirakçılarına diplom, hədiyyələr verildi. Yarımanın bütün iştirakçılarına F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təsis edilən “Göy qurşağı” jurnalı, kitab və məktəb ləvazimatı hədiyyə edildi.
Tədbir iştirakçıları “Heydər Əliyev və uşaqlar”, “22 may- Biomüxtəliflik günüdür”, “Biz birlikdəyik” adlı video çarxlı slaydlara baxdılar.
Yekun konsertdə isə Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs kollektivi Azərbaycan ritmləri və holland rəqsi ilə çıxış etdilər.
Tədbir KİV nümayəndələri tərəfindən işıqlandırıldı. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Tədbirin səkilləri
Bütün xəbərlər