22 may 2014-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Respublika Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsinin tabeliyində olan Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzləri arasında 22 may biomüxtəliflik gününə həsr olunmuş “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma keçirdi. Yarışmada Böyük Britaniya, Türkiyə, Hindistan, Rusiya, Gürcüstan, Tatarıstan, İran, Yunanıstan, Hollandiya, Özbəkistan, İtaliya, İspaniya dövlətləri təmsil olunurdu. Yarışma 5 nominasiya üzrə nəzərdə tutulmuşdur:
1. Müxtəlif dövlətlərə mənsub kuklaların (əl işlərinin) sərgidə nümayişi;
2. Həmin kuklalara milli geyimlərin düzgün seçilməsi;
3. Həmin dövlətə məxsus şirma formasında nağılın təqdimatı;
4. Çarxlı video slaydın mükəmməlliyi;
5. Milli geyimdə həmin xalqın rəqsinin təqdimatı (5-7 dəq.)
Münsiflər heyəti Mədəniyyət və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, Respublika Xoreoqrafiya məktəbinin direktoru Neylufər xanım Kərimova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı-Məlumat Hesablama Mərkəzi, WEB texnologiyaları şöbəsinin sektor müdiri Knyaz Yaqubov, Azərbaycan Xalq rəssamı Arif Hüseynov, Arxitektor, rəssam və Azərbaycan kuklaçılarının koordinatoru Pəviz Hüseynov, Filologiya elmləri doktoru, professor, uşaq yazıçısı Zahid Xəlil ibarət idi.
Tədbirdə təmsil olunan 12 dövlətin səfirliklərindən nümayəndələr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord, Ombusdman nümayəndəliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, uşaq yazarları, məktəblilər iştirak edirdilər.
Tədbirdə iştirak edən təşkilatlar:
1. Nəsimi rayonu – Bakı şəhəri Ç. Mustafayev adına 25 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi (Türkiyə)
2. Sabunçu rayonu - Bakı şəhəri 47 saylı Məktəbdənkənar İş Mərkəzi (Böyük Britaniya)
3. Yasamal rayonu 24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi (Hindistan)
4. Səbail rayonu – Bakı şəhəri 20 saylı Uşaq Yaradıcılıq Mərkəzi (Gürcüstan)
5. Binəqədi rayonu – Bakı şəhəri 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi (Özbəkistan)
6. Xətai rayonu – Bakı şəhəri 22 saylı Yeniyetmələrin Yaradıcılıq Mərkəzi (İran)
7. Nərimanov rayonu – Bakı şəhəri 21 saylı Uşaq Yaradıcılıq Mərkəzi (İspaniya)
8. Qaradağ rayonu – 33 saylı Uşaq Yaradıcılıq Mərkəzi (Rusiya)
9. Xəzər rayonu – Bakı şəhəri üzrə Təhsil İdarəsi 28 saylı Uşaq Yaradıcılıq Mərkəzi (İtaliya)
10. Suraxanı rayonu – Bakı şəhəri üzrə Təhsil İdarəsi 32 saylı Uşaq Yaradıcılıq Mərkəzi (Tatarıstan)
11. Pirallahı rayonu – Bakı şəhəri 29 saylı Uşaq Yaradıcılıq Mərkəzi (Yunanıstan)
12. Nizami rayonu Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi (Hollandiya)
Yarışmanın yekun mərhələsi, qaliblərin mükafatlanması mayın 26-da saat:11:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Tədbirdə qaliblərin mükafatlanması təntənəli şəkildə qeyd olunacaqdır. Yarışmanın qalibi kubok əldə etməklə diplom, müxtəlif hədiyyələr qazanacaqdır.
Nominasyalar üzrə qaliblərə diplom və hədiyyələr veriləcəkdir. Səfirliklərin, təşkilatların da qaliblərə hədiyyəsi olacaqdır.

Tədbirin səkilləri
Bütün xəbərlər