2 may 2014-cü il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə Nərimanov rayonundakı 200 saylı orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev - 91” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon YAP qadınlar şurasının sədri Məhəbbət İbrahimova qonaqları salamladı, öz ürək sözlərini söylədi. Daha sonra YAP qadınlar şurasının sədr müavini Məhbubə Məmmədovaya söz verildi. Məhbubə Məmmədova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan söz açdı, Azərbaycanın bugünki inkişafında dahi liderimizin və onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin ölkə rəhbərliyinə əvəzsiz xidmətlərini vurğuladı.
Tədbirdə Azərbaycanın himni səsləndirildi, sonra Heydər Əliyevin ömür yoluna həsr olunmuş sənədli film, kliplər, video-slaydlar nümayiş etdirildi. 200 saylı orta məktəbin şagirdləri Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar ilə çıxış etdilər. Həmçinin tədbirdə şagirdlər “Yallı”, “Uzundərə”, “Naxçıvani”, “Vals” rəqslərini ifa etdilər.
Tədbirin sonunda YAP qadınlar şurasının sədr müavini Məhbubə Məmmədova çıxış edərək şagirdlərə öz minnətdarlığını bildirdi. Şagirdlər asfalt üzərində rəsm əsərlərini, əl işlərini, çiçəkli geyimlərini və s. nümayiş etdirdilər və bunlar 5 nominasiya üzrə diplomla təltif edildi.

Tədbirin səkilləri
Bütün xəbərlər