F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları – elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və biblioqrafiya şöbəsinn müdiri Sevil Əhmədova Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə Moldova Respublikasının Uşaq və Gənclər Milli D epartamenti Şurasının təşkilatçılığı və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanasının rəhbərliyi ilə Kişineu şəhərində 3-6 aprel 2014-cü il tarixində Uşaqlar və Gənclər üçün Beynəlxalq Uşaq Kitabı Sərgi Yarmarkasının keçirilməsi ilə əlaqadar iştirak etmişlər. Sərgidə son dövrlərdə nəşr olunmuş uşaq kitabları ingilis, rus və azərbaycan dilində uşaqların diqqətinə çatdırılmışdır. Sərgi iştirakçılarına Azərbaycanın tanıdılması ilə əlaqədar açıqcalar, kiçik döş nişanları, kitabxananın bələdçisi və vizit kartı, kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalının son nömrələri, müəlliflərin hədiyyə etdiyi uşaq kitabları paylanmışdır. Sərginin ikinci günü uşaq ədəbiyyatının inkişafı ilə əlaqədar keçirilən simpoziumda Zahirə xanım Dadaşova “Azərbaycan uşaq kitabxanaları müstəqillik illərində” adlı məruzə ilə çıxış etmiş, slaydlarda kitabxanada keçirilən maraqlı tədbirlərdən görüntülər diqqətə çatdırılmışdır. Sərginin bağlanışı günü bir çox nominasiyalar üzrə müsabiqə elan olunmuş, münsiflər heyəti uşaq yazıçımız Solmaz Amanovanın “Monastır apteki” kitabını diploma layiq görmüşdür. Sərgidə iştirak etdiyimizə görə Azərbaycan səfirliyinə də xüsusi diqqət yetirilmiş, diplom verilmişdir.

Tədbirin səkilləri
Bütün xəbərlər