F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel 2014-cü il saat 12-00 da Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VI Milli Uşaq Kitabı sərgisi keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq tədbirin əhəmiyyətindən danışdı və bildirdi ki, 1967-ci ildən Beynəlxalq Uşaq Şurası tərəfindən H. X.Andersenin dünyaya gəldiyi gün aprelin 2-si Beynəlxalq Uşaq Kitabı günü kimi qeyd edilir. Sərginin təşkil edilməsində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək kitaba və mütaliyəyə həvəsi artırmaq, milli dəyərlərimizə bağlamaq və milli dəyərlərimizi yaşatmaqdır.
Sərgidə slayd nümayış etdirildi. Tədbirdə Azərbaycan uşaq şair və yazıçılarından xalq yazıçısı İlyas Tapdıq, filologiya elmləri doktoru, professor Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə və “Sehirli Dünya” jurnalının redaktoru Gülzar İbrahimova, Aygün Bünyadzadə, Reyhan Şıxlinskaya, “Respublika” qəzetinin nümayəndəsi Rauf İlyasoğlu və KİV nümayəndələri iştirak edirdilər.
Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri uşaqların diqqətinə çatdırıldı. Sərgidə 22 başlıq altında 700 uşaq ədəbiyyatı nümayiş etdirildi və Xalq yaradıcılığı paytaxtları 2009-2014 başlığı altında da sərgi təşkil edilmişdi.
Sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy Qurşağı” jurnalı hədiyyə edildi.
Sərgi 2-5 tarixində davam etdiriləcəkdir.

Tədbirin səkilləri
Bütün xəbərlər