21 fevral 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında 21 Fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Ana dili milli varlığımızın aynasıdır” adlı tədbir keçirildi. Tədbirdə yazıçı, publisist, şair Teyyub Qurban, Səbail rayonu 8 saylı məktəbin şagirdləri, müəllim və valideynlər, kitabxana əməkdaşları iştirak edirdilər. Tədbirdə, həmçinin Ana dili ilə bağlı kitab sərgisi təşkil edilmişdi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Sonra isə Ana Dilimizə həsr olunmuş çarxlı slayd nümayiş olundu. Uşaqlar Ana dili ilə bağlı şeirlər söylədilər, mahnı ifa etdilər, səhnəcik göztərdilər. Tədbirin sonunda şair Teyyunb Qurban uşaqlara ana dilimizlə bağlı öz şeirini oxudu, uşaqları müstəqil dövlətimizin başlıca rəmzlərindən biri, xalqımızın milli sərvəti, dünya azərbaycanlılarının sarsılmaz təməli olan Azərbaycan dilini daim qorumağa, onunla fəxr etməyə çağırdı. Sonda tədbir iştirakçılarına “Göy qurşağı” jurnalı, boya kitabları, müxtəlif hədiyyələr verildi.

Tədbirin səkilləri
Bütün xəbərlər