27 may 2008-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illik yubileyi ilə əlaqədar C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İctimai Hüquqi İnformasiya Mərkəzində dəyirmi masa keçirdi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri L.Məmmədova, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru M.Teymurov, tədqiqatçı Nəsiman Yaqublu ADR ilə bağlı çıxışlar etdilər. Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar “Azadlıq günəşimizin ziyası“ adlı rəsm və “İstiqlal bütün xalqın əsəridir” mövzusunda inşa, “Azərbaycan deyiləndə ayağa dur ki...” şeir müsabiqələrinin qalibləri elan olundu, mükafatlandırıldılar. Sonra uşaqlar Azərbaycana, vətənə, üçrəngli bayrağa həsr olunmuş şeirlərini söylədilər. I, II, III və həvəsləndirici yerlər üzrə aşağıdakı oxucular qalib gəldilər.

Çıxış edənlər XX əsr Azərbaycan ədəbiyyatının, xüsusilə bədii nəsrimizin inkişafına sanballı töhfələr verən Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışdılar. Onlar qeyd etdilər ki, M.Cəlal müəllim şifahi xalq ədəbiyyatı və klassik irsimizin ənənələri əsasında yetişərək böyük ədəbiyyatda öz sözünü deyib, şərəfli imzasını qoyub.

Inşa üzrə:

  1. 83 saylı liseyin VIII sinif şagirdi Muxtarov Cümşüd
  2. 265 saylı məktəbin V sinif şagirdi Ələsgərova Günel
  3. 132 saylı məktəbin VII sinif şagirdi  Məmmədzadə Nuh
  4. 258 saylı məktəbin VII sinif şagirdi Quliyev Rüfət

Rəsm üzrə

  1. Ankara liseyinin VIII sinif şagirdi Mehdiyev Azər
  2. Abşeron rayon 41 saylı məktəbin IV sinif şagirdi Məmmədova Nərmin 
  3. 267 saylı məktəbin VI sinif şagirdi Maniyev Qəmbər 
  4. 36 saylı məktəbin VII sinif şagirdi Abışov Şahid

Şeir müsabiqəsi üzrə

  1.  36 saylı məktəbin VIII sinif şagirdi İsmixanov Rəşad
  2. 265 saylı məktəbin IV sinif şagirdi Aslanlı Əlihüseyn
  3. 265 saylı məktəbin IV sinif şagirdi Teymurov İsmayıl
  4. 47 saylı məktəbin VI sinif şagirdi Cəfərli Arzu

Bütün xəbərlər