17 Yanvar 2014-cü ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında “20 Yanvar - Qanla yazılmış tarix” adlı anım gecəsi keçirildi. Tədbirdə Nizami rayonu 201 nömrəli tam orta məktəbin VI-VIII sinif şagirdləri, Nəsimi rayonu 152 nömrəli tam orta məktəbin IV sinif şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bir dəqiqəlik sükut elan etdi və 20 Yanvar faciəsi haqqında məlumat verdi. 201nömrəli məktəbin şagirdləri şəhid İlham və Fərizənin xatirəsinə həsr olunmuş “Əbədi sevgi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Şəhidlərin əbədi xatirəsinə həsr olunmuş şeirlər , “Qalx, qalx, ulu torpaq!”, ”Ağla, qərənfil, ağla!” mahnılar ifa etdilər. 152 nömrəli məktəbin şagirdləri 20Yanvar faciəsinə həsr olunmuş ədəbi - bədii kompozisiya nümayiş etdirdilər. Şagirdlər Nüsrət Kəsəmənlinin “20 Yanvar”, Fəridə Ləmanın “Bir uşaq gözləyir qapı ağzında“ şeirləri əsasında səhnəcik, “Şəhidlər”,”Qanlı Yanvar” və.s.şeirlərni söylədilər. Tədbirdə “20 Yanvar” faciəsinə həsr olunmuş kitab sərgisi və şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunmuşdu.

Tədbirin səkilləri
Bütün xəbərlər