8 noyabr 2013-cü il tarixdə Beyləqan rayonunda da belə tədbirlərdən biri keçirildi. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədi ilə respublika Mədəniyyət və Turizm Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq Kitab Karvanı-Şirvan yolunda” tədbiri mühüm əhəmiyyət kəsb edirdi. Tədbir Bayraq günü ilə eyni gündə olduğundan Beyləqanda xüsüsi coşğu ilə qeyd olundu. Rayonun mərkəzi meydanında keçirilən tədbirdə çıxış edən Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev bu günün əhəmiyyətindən danışaraq qeyd etdi ki, üç rəngli bayrağımız 1918-ci ildə Azərabaycan səmalarında on səkkiz ay dalğalansa da, ölkəmizin Sovet İmperiyasının təcavüzünə uğramasından sonra endirilib: “Müstəqilliyimizin bərpa edilməsindən sonra digər atributlar kimi, dövlət bayrağımız da bərpa olunub”. Daha sonra rayon gəncləri mərkəzi meydandan uzunluğu 150 metrə çatan üçrəngli bayraqla Ümümmilli lider Heydər Əliyevin adını daşıyan parka qədər yürüş etdilər. 3000-ə yaxın insanın iştirak etdiyi aksiyaya rayon ictimaiyyəti ilə yanaşı, ön xətdə xidmət hərbiçiləri də qoşulub. Yürüş iştirakçıları Heydər Əliyev parkında keçirilən kitab sərgisinə də tamaşa etdilər. Tədbir bayram konserti ilə axşam saatlarına qədər davam etdi. Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Parkının qarşısındakı meydanda təşkil edilmiş tədbirdə rayon icra başçısı Vaqif Abdullayev, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, müəllimlər, orta məktəb şagirdləri və məktəbəqədər müəssisələrin uşaqları iştirak edirdi. Qonaqlar İcra Hakimiyyətinn başçısı Vaqif Abdullayevin rəhbərliyi ilə sərgi ilə yaxından tanış oldular. Tədbiri giriş sözü ilə açan rayon Mərkəzi Kitabxananın direktoru Gültəkin xanım gələn qonaqları və iştirakçıları salamlayaraq bu kitab karvanının əhəmiyyətindən danışdı, yüksək diqqət və qayğıya görə iştirakçılar adından Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə dərin minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən respublikanın tanınmış uşaq şair və yazıçıları İlyas Tapdıq, yazıçı Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Gülzar İbrahimova iştirakçılarla fikir mübadiləsi apardılar və uşaqlara yeni kitablarını hədiyyə etdilər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova, kitabxananın əməkdaşları Z.Dadaşova, A.Əşrəfova və başqaları tədbirin təşkilatçıları arasında olmaqla “Mütaliə və müasir kitabxana” mövzusunda rəy sorğusu apardılar. Tədbir günü rayon Mərkəzi kitabxanasına 750 nüsxəyə qədər müasir uşaq ədəbiyyatı nümunəsi hədiyyə edildi. Həmçinin uşaqlar arasında viktorina keçirildi, fərqlənənlər mükafatlandırıldı. Tədbirdə rayonun musiqi kollektivləri nümunəvi konsert proqramı ilə çıxış etdi. Qonaqlar yeni təmir olunan Mədəniyyt Sarayında, Mərkəzi Kitabxanada oldular, təəsüratlarını bölüşdülər.

Tədbirin səkilləri
Bütün xəbərlər