6 noyabr 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab karvanı ilə Saatlı rayonunda oldular. Tədbir ulu öndərimiz Heydər Əliyev Mərkəzinin qarşısında keçirildi. Saatlı Rayon İcra Hakimiyyətinin müavini Reyhan Ocaqova , Mərkəzi Kitabxana Sisteminin direktoru Sakit Bağırov, rayon ictimaiyyəti tədbirdə iştirak etməklə Kitab Karvanını qarşıladılar. Heydər Əliyev Mərkəzinin qarşısında böyük bir qələbəlik vardı. Mərkəzin qarşısındakı meydan bayraqlar və şarlarla bəzədilmiş, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən gətirilmiş 750 nüsxə kitablar, jurnallar sərgilənmişdi. Həmçinin Mərkəzi Kitabxana Sisteminin əməkdaşları uşaqların maraq dairələrinə uyğun müxtəlif başlıqlar altında gözəl sərgi-stendlər təşkil etmişdilər. “Sevimli uşaq yazıçılarımız”, “Yurdumuzun gözəllikləri”, “Sənin maraq dünyan”, “Şirvana gəl, Şirvana” və s. Gözəl başlıqlar altında olan sərgilər tədbirdə iştirak edən yazıçıların çox xoşuna gəldi. Tədbiri MKS-nin direktoru Sakit Bağırov açaraq qonaqları salamladı , sonra sözü Şəhla Qəmbərovaya verdi. Şəhla xanım da öz növbəsində uşaqların informasiya tələbatının ödənilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulan maddənin həyata keçirilməsi məqsədilə keçirilən tədbirin əhəmiyyətindən danışdı, gələn qonaqları təqdim etdi. Tədbirdə uşaqlar şeirlər söylədilər, “Tap görüm” adlı viktorinada iştirak edərək hədiyyələr qazandılar. Uşaq yazarları çıxış edərək özlərinin duzlu-məzəli şeirlərini söylədilər, kitabın, mütaliənin əhəmiyyətindən danışdılar. Sərgilənən bütün kitablar-750 nüsxə olmaqla Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinə hədiyyə edildi. Məktəblilər arasında rəy sorğusu keçirilərək onların uşaq ədəbiyyatına, kitabxanaya, müasir informasiya texnologiyalarına olan marağı öyrənildi. Qonaqlar Diyarşünaslıq muzeyi və Qalereyada, Gənclər Mərkəzində oldular. Son illərdə müstəqilliyimizin tərənnümçüsü cənab İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş bu mərkəzlərdə gələcəyimiz olan yeniyetmələr, gənclər məşğul olurlar. Onların dünyagörüşlərinin artması istiqamətində mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir. Dünyanın ən inkişaf etmiş ölkələrində olan müasir avadanlıqlarla təchiz olunmuş bu mərkəz bir daha sabahımızın nurlu, işıqlı, kamil olmasından xəbər verir.

Tədbirin səkilləri
Bütün xəbərlər