24 sentyabr 2013-cü ildə III Beynəlxalq Kitab Sərgi-Yarmarkasının 2-ci günü uşaq ədəbiyyatı üçün ayrılan salonda “Uşaqlara kitab oxuyun” adlı tədbir keçirildi. Tədbirdə nağıl qəhrəmanları (Cırtdan, Tıq-Tıq xanım, Göyçək Fatma, Məlikməmməd və Biləyən), məktəblilər F.Köçərli adına kitabxanadan bəhs edən səhnəcik göstərdilər, kitabxanaya gələn son nəşrlərin çarxlı slaydlarına tamaşa etdilər.
“Danışan kitablar”- kitabxada olan maraqlı kitablardan söhbət açdılar:
Sevimli nağıllar:
-Mən uşaqlar üçün çox darıxmışam və bilirəm ki, onlar da məni oxumağı çox istəyirlər. Axı onlar bilmədikləri,eşitmədikləri nağılları məndən oyrənirlər.
Yaxşılıq çələngi:
Mənim adım “Yaxşılıq çələngi”dir. Siz məni oxumaqla yaxşılığın nələrə qadir olduğunu, insanlara yaxşılıq etməyin faydalarını öyrənəcəksiniz.
Bapbalaca əlifba
-Balaca dostlar. Bilirəm əlifbanı öyrənmək necə də çətindir. Bunun üçün mən sizə kömək edə bilərəm. Böyüklərdən xahış edin məni sizin üçün oxusunlar, şerləri, yanıltmacları əzbər öyrənin, tapmacalara özünüz cavab verin, şəkillər də sizə kömək edəcək və siz mənim vasitəmlə hərfləri asanlıqla öyrənərsiniz.
Mən dünyanı öyrənirəm
-Mən sizə Kainatın sirlərinə bələd olmaq üçün bir pəncərəyəm.Məni oxuduqca Kainatın,planetlərin,Yer kürəsində qədim dünyanın yaranması,onun möcüzələri,bitki və heyvanlar aləmi,qədim və müasir xalqların varlığı ilə tanış olacaqsınız. Məndəki məlumatlar dünyanı öyrənmək istəyənlər üçün çox maraqlıdır.
Elin söz yaddaşı
-Siz məni oxumaqla çoxlu rəvayət, əfsanə, bayatı, tapmaca, nağıl, lətifələr öyrənə bilərsiniz. Amma məni oxumaq üçün əvvəlcə bu kitabxanaya üzv olmalısız.
Tədbirdə “Hər gün təzə kitabla sevindirin uşağı, kitab tutan əllərin sönməz olur çırağı” deyən uşaqların sevimli şairi İlyas Tapdıq, yazıçı-publisist, “Əkil-bəkil”lə uşaqların ürəyinə yol tapan, 2012-ci ildə Beynəlxalq Kitab Şurasının dərc etdiyi 76 dövlətdən olan uşaq yazarlarını özündə əks etdirən məcmuədə “Sabahın xeyir, baba” hekayəsinin müəllifi Qəşəm İsabəyli , müasir uşaqların informasiya tələbatını ödəyən “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə, uşaq ədəbiyyatında öz sehrli dünyasını yaradan, maraqlı obrazların yaradıcısı və dostu olan Zahid Xəlil, filoloq, yazıçı, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, Beynəlxalq Uşaq Kitabı Şurasının 2014-cü ildə keçiriləcək H.X.Anderson qızıl mükafatı uğrunda müsabiqəyə qatılan Sevinc Nuruqızı, öz şirin, məzəli, yaddaqalan söhbətləri ilə daim uşaqların əhatəsində olan yazıçı Reyhan Yusifqızı, “Sehrli dünya”jurnalının redaktoru, sevimli yazıçı Gülzar İbrahimova, "Uşaqlar qarşısında xidmətlər üçün" BMT- nin ve Polşanın Beynəlxalq Təbəssüm Ordeni kavaleri, “Cobi və dostları” adlı uşaqlar üçün nəşr olunacaq yeni jurnalın baş redaktoru, yazıçı Aygün Bünyatzadə , mənəvi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olan, Bakı Təhsil Şöbəsi Multi-media bölməsinin müdiri, “İRS” nəşriyyatının redaktoru Solmaz Amanova və b. iştirak edirdi. Bütün sərgi iştirakçılarına F.Köçərli adına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı, kitablar, kitabxananın vizit kartı, bayraqlar və bələdçi, döş nişanı hədiyyə edildi.

Tədbirin səkilləri
Bütün xəbərlər