Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 23-25 sentyabr 2013-cü ildə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etdi. Sərgidə aşağıdakı başlıqlar altında son illərdə nəşr olunmuş uşaq kitabları nümayiş olunurdu:
“Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Sizin sevimli yazıçılarınız”, “Azərbaycan – yurdum mənim”, “Kitablarda mən hələ, bax ıram şəkillərə...”, “Nənələrin boxçasından”, “Biri var idi, biri yox idi” və s.
Sərginin açılışı münasibətilə F.Köçərli adına Respublika Uşaq kitabxanası öz oxucularının, nağıl qəhrəmanlarının timsalında təqdim olundu. Böyük ölçüdə tərtib olunmuş F.Köçərlinin “Balalara hədiyyə” kitabı, kitabxananın tədqimat baneri sərgi qarşısında qoyularaq sərgi iştirakçılarının diqqətinə catdırıldı. Tədbir iştirakçıları böyük monitorda kitabxanada olan ən gözəl kitabların çarxlı slaydlarına baxdılar, “Şirinlər” geyimində olan uşaqlar tədbir iştirakçılarına kitabxananın bələdçisi, vizit kartı, döş nişanları, üzərində kitabxananın loqosu olan bayraqlar payladılar. Nağıl qəhrəmanlarından Cırtdan, Tıq-Tıq xanım, Göyçək Fatma, Məlikməmməd və Biləyən F.Köçərli adına kitabxana haqqında məlumat verdilər, “Danışan kitablar”- isə kitabxanada olan maraqlı kitablardan söhbət açdılar.
3 gün davam edən sərgi iştirakçıları 14 fevral 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin ədəbiyyatşünas, pedaqoq, uşaq folklorunun ən görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə ərsəyə gələn “Balalara hədiyyə” kitabının nəfis tərtibatı ilə tanış oldular.
Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan III Beynəlxalq Sərgi-Yarmarka iştirakçıları bir daha F.Köçərlinin adını daşıyan bu kitabxana haqqında geniş məlumat əldə etdilər.

Tədbirin səkilləri
Bütün xəbərlər