17 may 2008-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Yasamal rayonu 190 saylı məktəbdə yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin rəsmi qeyd olunması haqqında YUNESKO qərarına əsasən “Qızıl qələm” mükafatının laureatı, yazıçı tədqiqatçı Ramiz Dənizin “Qəlblərdə yaşayan Mir Cəlal” kitabının təqdimat mərasimini keçirdi.

Tədbirdə şair Nəriman Həsənzadə, pedaqoq Xalid Əlimirzəyev, aktyor Nurəddin Mehdixanlı, akademik Vaqif Abbasov, şair Ramiz Heydər, yazıçı Hacıbaba Əlizadə, BDU-nin müəllimi Təhsim Əliyev və digər qonaqlar iştirak edirdi.

Çıxış edənlər XX əsr Azərbaycan ədəbiyyatının, xüsusilə bədii nəsrimizin inkişafına sanballı töhfələr verən Mir Cəlal Paşayevlə bağlı xatirələrini danışdılar. Onlar qeyd etdilər ki, M.Cəlal müəllim şifahi xalq ədəbiyyatı və klassik irsimizin ənənələri əsasında yetişərək böyük ədəbiyyatda öz sözünü deyib, şərəfli imzasını qoyub.

Bütün xəbərlər