26 -27 aprel 2013-cü ildə saat 11:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Dost ölkələrə səyahət: Əzizləyər hər el səni öz adətilə” adlı yarışmanı 8 uşaq evi və internat məktəbləri arasında keçirdi. Yarışmada Yaponiya, Britaniya, Türkiyə, Hindistan, Rusiya, Amerika, Gürcüstan, Koreya dövlətləri təmsil olunurdu. Yarışma 6 nominasiya üzrə keçirilirdi:
1. Təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video çarxın) hazırlanması
2. Milli rəqs
3. Milli geyim
4. Kitab sərgiləri
5. Milli gəlinciklərin və ya aplikasiyaların hazırlanması
6. Nağıl qəhrəmanlarından bir və ya ikisinin təqdimatı
Tədbiri keçirməkdə məqsəd uşaqları dünya xalqları mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaq idi. Münsiflər heyətində Mədəniyyət Və Turizm Nazirliyi kitabxana sektorunun müdiri Lətifə xanım Məmmədova, Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər xanım Kərimova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı- Məlumat Hesablama Mərkəzi, WEB texnologiyaları şöbəsinin müdiri Aydın Cəfərov, sənətşünasıq elmləri doktoru, professor Kübra xanım Əliyeva və Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Reyhan Yusifqızı Şıxlinskaya idi. Tədbirdə həmçinin 8 dövlətin səfirliklərindən nümayəndələr də iştirak edirdi. Yarışma iştirakçıları:
1. Sumqayıt şəhər fars-ingilis dili təmaüllü internat məktəbi (Türkiyə)
2.Zəngilan qaçqın məktəbi (Böyük Britaniya)
3. SOS uşaq kəndi (Yaponiya )
4. A.Makarenko adına internat tipli gimnaziya (Gürcüstan)
Yarışmanın II günü- 27 aprel, saat 11:00
1. 2 saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi (Amerika)
2. 2 saylı uşaq evi (Hindistan)
3. “Ümid yeri” uşaq sığınacağı (Koreya)
4. 3 saylı uşaq evi (Rusiya)
Tədbirin açılışında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi- Zülfiyyə Xanbabayevanın ifasında “Azərbaycanım” mahnısını ulu öndərimizin “Mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam!” video çarxının nümayişi altında yüksək səviyyədə ifa etdilər. Yasamal rayonundakı 190 saylı məktəbin III sinif şagirdləri 8 dövləti təmsil edən geyimlərdə Ə.Cəmilin “Ellər bayramı” şeirini söylədilər, tədbir iştirakçıları ulu öndərimizin 90 illiyinə həsr olunmuş “Heydər Əliyev və uşaqlar” adlı video çarxlı slayda baxdılar.
Tədbirdə Amerika, Koreya, Yaponiya dövlətlərin səfirləri, digər dövlətlərin səfirliklərinin nümayəndələri, uşaq yazıçı və şairləri, KİV nümayəndələri, nəşriyyat işçiləri iştirak edirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər