7 Mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi Səbail rayonu 190 saylı məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yazıçı Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri, ”Yazıçı qadınlar” jurnalının baş redaktoru Nüşabə Məmmədli ilə görüş keçirildi. Görüşdə yazıçının qələm dostları - yazıçı Fəridə Ləman, Firuzə Məmmədli, Təhsil problemləri İnstitutunun elmi işçisi Asya Vəzirova, “Xalq nəzarəti” jurnalının redaktoru İnsaf Əliyeva və başqaları iştirak edirdi. Tədbiri məktəbin direktoru Afət xanım Bakıxanova açaraq yazıçı haqqında geniş məlumat verdi, dərs hissə müdiri Qənirə Əmircanova yazıçının “Vicdan dustağı “, “Zəngulə”romanlarının sujet xətti, qoyulan problemlər haqqında çox maraqlı izahat verdi. VII-IX sinif şagirdləri bədii əsərləri əsasında ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlər sevimli yazıçılarına suallar verdilər. Sonda söz qonaqlara verildi. Tədbirdə, həmçinin yazıçının kitablarından ibarət sərgi təşkil edildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər