1mart 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasında tanınmış şair, dramaturq Əliağa Kürçaylının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Nəsimi rayon 152 saylı orta məktəbin 3-7-ci sinif şagirdləri, müəllimlər, valideyn və kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açdı. O, Əliağa Kürçaylının həyat və yaradıcılığından bəhs edərək bildirdi ki, Ə.Kürçaylı ədəbiyyatımızda özünəməxsus yer tutan şairlərimizdəndir. Onun şeirləri hər zaman sevilir və bu gün sizin yubileydə sevinclə iştirak etməyiniz bunun sübutudur. Daha sonra şagirdlər Əliağa Kürçaylının anaya,vətənə, təbiətə, məhəbbətə həsr onumuş şeirlərini söylədilər. Şairin sözlərinə bəstələnmiş “Belə ola həmişə “mahnısının video klipi Flora Kərimovanın ifasında nümayiş etdirildi. İlyas Əfəndiyevin +“Unuda bilmirəm” tamaşasından şairin sözlərinə bəstələnmiş mahnı Amalya Pənahovanın ifasında səsləndirildi. Tədbirin sonunda uşaqlara kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə edildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər