26 fevral 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Nərimanov rayonu 36 saylı orta məktəbdə “Xocalı faciəsi-Tariximizin qan yaddaşı” adlı anım gecəsi keçirdi. Tədbirdə kitabxanaçılar, şagirdlər, müəllimlər iştirak edirdi. Tədbiri giriş sözü ilə məktəbin direktoru İradə Babayeva açaraq bildirdi ki, 21 il bundan əvvəl xalqımızın başına erməni qəsbkarları tərəfindən gətirilən Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz qoydu. Bu soyqırım zamanı soydaşlarımızın başına müsibətlər gətirildi. Yüzlərlə günahsız insan qışın soyuğunda öz yurdlarından didərgin düşərək erməni gülləsinə tuş gəldilər, əsir düşdülər və siz şagirlərin də borcu bundan ibarətdir ki, xalqımıza qarşı törədilən bu vəhşilikləri unutmayasınız. Daha sonra 3-9- cu sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş “Layla Xocalım layla ”, “Ağlama şəhid anası ağlama”, “Ağla Xocalım oy ağla” və başqa şeirlər söylədilər. Xocalı faciəsinə həsr olunmuş video çarxa baxıldı. Tədbirin sonunda məktəbin direktoru tədbiri təşkil etdiyinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər