Fevralın 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında N.Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin VI və VII sinif şagirdləri ilə Xocalı faciəsinin 21-ci ildönümü münasibəti ilə “Xocalını unutmadıq!” adlı anım gecəsi keçirildi. Kitabxananın oxu zalında “Qan yaddaşımız, Xocalı! ” adlı Xocalıya həsr olunmuş kitablar və uşaqların çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunmuşdu. Tədbirdə əslən Xocalıdan olan Azərbaycan Radiosunun Uşaq verilişləri şöbəsinin müdiri Ələmdar Quluzadə iştirak edirdi. Tədbiri kiabxananın direktoru Fizurə Quliyeva açaraq şəhidlərin ruhunu anmaq üçün 1 dəqiqə süküt elan etdi. Sonra söz uşaqların sevimli şairi, yazıçı Ə.Quluzadəyə verildi. O, şagirdlərə Xocalı soyqırımı haqqında geniş məlumat verdi. Xocalı soyqırımını Xatun, Xorasima ilə müqaisə etdi. “Salam, Xocalı dərdi”, “614-cü şəhid “ və s.şeirlərini oxudu. Tədbirin sonunda Xocalı faciəsinin dəhşətlərindən bəhs edən çarxlı video slayd nümaiş olundu.

<Tədbirin şəkilləri

Bütün xəbərlər