21 fevral 2013-cü ildə Səbail rayonundakı 189 saylı məktəbdə “Beynəlxalq ana dili günü” ilə bağlı tədbir keçirildi. Foyedə “Mənim ana dilim” adlı kitab sərgisi nümayiş olundu. Tədbir xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuşdu. Məktəbin dərs hissə müdiri Təranə xanım şairin yaradıcılığı haqqında geniş məlumat verdi. Şagirdlər şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim etdilər. Proyektorla şairin həyatına həsr edilmiş video çarx göstərildi. Şairin şeirlərinə bəstələnmiş mahnılar uşaqların ifasında səsləndi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri də iştirak edirdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər