8 fevral 2013-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin təşkil etdiyi “Biz yol hərəkəti qaydalarını öyrənirik!” adlı təlim-seminarında iştirak etmişdir. Seminar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, Azərbaycan Respublikası Dövlət Yol Polisi və ”Həyat” Beynəlxalq Humanitar Təşkilatının dəstəyi ilə keçirilmişdir. Tədbirdə “Həyat” BHT-nın sədri, ”Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsinin əlaqələndiricisi Azər Allahverənov, 46 saylı MTİM-nin şöbə müdiri Fəridə Süleymanova və başqaları çıxış etdilər. Təlimçi, istefada olan polkovnik-leytenant Təvəkkül Həsənov yol təhlükəsizliyi qaydalarına riayət olunmasının praktiki aspektləri üzrə video-məşğələlər apardı.
Seminarın sonunda tədbir iştirakçılarına yol hərəkəti qaydaları haqqında plakatlar və kitabçalar paylandı.

<Tədbirin şəkilləri

Bütün xəbərlər