17 yanvar 2013-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında “20 Yanvar - Tariximizin şanlı səhifəsi” adlı anım gecəsi keçirildi. Tədbirdə Nəsimi rayonu 152 saylı orta məktəbin 3-cü sinif şagirdləri, müəllimlər, valideyn və kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq tariximizin qan yaddaşına yazılan “20 Yanvar “ faciəsi haqqında danışdı və uşaqlara bu tədbirin əhəmiyyətini izah edərək bildirdi ki, bu hadisə xalqımızın milli şüurunun oyanmasında əvəzolunmaz rol oynayıb. 152-saylı məktəbin sinif rəhbəri Zeynəb Nəbiyeva çıxış edərək tədbirə görə kitabxana işçilərinə öz təşəkkürünü bildirdi. Şagirdlərin ifasında “20 Yanvar” faciəsində canlarından keçən şəhidlərə həsr olunmuş şeirlər söylənildi və səhnəcik göstərildi. Proyektorla şəhidlərin xatirəsinə həsr olunmuş slayda baxıldi. Şagirdlər “İlahi amin” mahnısını ifa etdilər

<Tədbirin şəkilləri

Bütün xəbərlər