Məlumat-biblioqrafiya şöbəsi 2012-ci il dekabrın 21-də 152 saylı məktəbin 3a sinfinin şagirdlərilə birgə sevimli şairimiz Mir Mehdi Seyidzadənin 105 illik yubileyini qeyd etdi. Bu tədbirdə uşaqlara şairin uşaqlıq illərindən, həyat və yaradıcılığından məlumat verildi. Bundan sonra uşaqlar şairin yazmış olduğu “Nərgiz” mənzum nağılını, daha sonra “Qızıl quş” mənzum dramını dinlədilər, kitab sərgisi ilə tanış oldular. Sərgidə Mir Mehdi Seyidzadənin kitabxananın “Qızıl fond”unda qorunan və ötən əsrin 30-40-cı illərində çap olunmuş kitabları da nümayiş etdirilirdi. Bu kitablar həm müəllimlərin, həm də uşaqların marağına səbəb oldu. Eyni zamanda həmin kitabların nümayişi zamanı, onların müxtəlif əlifba qrafikası ilə çap olunduğunu nəzərə alaraq Azərbaycanda keçirilən əlifba islahatları haqqında da uşaqlara qısaca məlumat verildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər