19 dekabr 2012-ci ildə F.Köçərli adına Respublika uşaq kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları Səbael rayonundakı 16 saylı texniki-humanitar liseyində Azərbaycan tarixinə həsr olunmuş tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Yuxarı sinif şagirdləri işğal altında olan rayonlarımız haqda geniş məlumat verdilər və bu tarixi heç vaxt unutmamağa çağırdılar. Rayonların tarixi haqda ən yaxşı buklet hazırlayan oxucular mükafatlandırıldı. IV sinif şagirdləri meyvələr, bostan tərəvəzləri haqda şeir söylədilər. Məktəbin xoru “Yaşa Azərbaycan” və digər vətənə həsr olunmuş mahnları ifa etdilər. Məktəbin foyesində Azərbaycan tarixinə həsr olunmuş sərgi nümayiş olundu.

<Tədbirin şəkilləri

Bütün xəbərlər