10 dekabr 2012 –ci ildə F . Köçərli adına Respublika Uşaq kitabxanasında görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi. Gecədə yazıçı Elxan Elatlı, Xətai rayon 95 saylı məktəbin şagirdləri, kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Daha sonra yazıçı Elxan Elatlı böyük şairin yaradıcılığında satirik şeirlərlə bərabər dəyərli lirik nümunələrinin, uşaqlar üçün şeirlərin də mühüm yer tutduğunu vurğuladı. Aparıcılar çıxışlarında Sabirin yaradıcılığını yüksək qiymətləndirib onun dövrün ictimai-siyasi hadisələrinə operativ və tənqidi münasibət bildirdiyini, satirik əsərlərində zəmanəsinin eybəcərliklərini, cəhaləti, nadanlığı, özbaşınalığı və digər mənfi təzahürləri kəskin tənqid etdiyini qeyd etdilər. Tədbirdə Mirzə Ələkbər Sabir haqqında hazırlanmış video çarx göstərildi. Şagirdlər Mirzə Ələkbər Sabirin “Nə Yazım ?”, “Qoyma, gəldi !” , “ Çatlayır, Xanbacı, qəmdən ürəyim” , “Məktəbə təğrib”, “ Uşaqdır” şeirlərini söylədilər. ”Qarğa və Tülkü” təmsili əsasında səhnəcik göstərildi. Tədbirin sonunda iştirakçılara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər