Dekabrın 11-də F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi O. Mirzəyev adına 190 saylı məktəbin III sinif şagirdləri ilə birgə Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü münasibəti ilə “Dahi rəhbər – ulu öndər” adlı ədəbi-bədii gecə keçirdi.
Tədbiri məktəbin direktoru Afət Bakıxanova açaraq şagirdlərə ulu öndərin həyat və fəaliyyəti haqda geniş məlumat verdi. Bir dəqiqəlik sükut elan olundu. Şagirdlər ulu öndərə həsr olunmuş “Ulu bir sərkərdə, ulu bir öndər”, “Qəm karvanı”, “El oğlu” və s. şeirləri, onun dil, təhsil haqqında söylədiyi kəlamlarından ibarət ədəbi-bədii kompozisiya göstərdilər.
Monitorda Heydər Əliyevin həyat və fəaliyyətını əks etdirən film, müğənni Faiq Ağayevin “Dahi”, Ağadadaş Ağayevin “Sən elə bir zirvəsən” klipləri nümayiş etdirildi.
Tədbirdə H. Əliyevə həsr olunmuş kitab sərgisi, şagirdlərin rəsm işləri, “Gənc heydərçilər” qəzeti nümayiş olundu. Sonda YAP-ın məktəbdəki nümayəndəsi Qönçə müəllimə çıxış edərək şagirdləri “Gənc heydərçilər” təşkilatına qəbul etdiyini bildirirərək onlara təşkilatın döş nişanlarını təqdim etmişdir.

<Tədbirin şəkilləri

Bütün xəbərlər