7 dekabr 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları Nərimanov rayonu 36 saylı orta məktəbdə mütəfəkkir şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibəti ilə “Şərqin Şekspiri” adlı tədbir keçirdi.Tədbiri giriş sözü ilə kitabxanaçı İlahə Abdullayeva açaraq bildirdi ki, 2012-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illiyi tamam olur. Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam vermişdir.
Tədbirdə 36 saylı məktəbin 9-cu sinif şagirdləri H.Cavidin “Qız məktəbində”, “Mənim tanrım”, ”Bahar”, “Küçük sərsəri” şeirlərini söylədilər. Hüseyn Cavidin “Iblis”, “Topal Teymur” dramı əsasında səhnəcik göstərildi. Sonra foyedə təşkil olunmuş “Cavidi düşünərkən” adlı kitab sərgisi ilə müəllim və şagirdlər tanış oldular.

<Tədbirin şəkilləri

Bütün xəbərlər