14 noyabr 2012-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasının kiçik yaş qrupu üzrə xidmət şöbəsinin əməkdaşları Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasının 25 illiyi münasibəti ilə “Fəsillərin padşahı” adlı bayram tədbiri keçirdilər. Payız fəslinə həsr olunmuş tədbirdə məktəbə hazırlıq qrupunun uşaqları iştirak edirdi. “Fəsillərin padşahı” uşaqları salamladı və səhnəyə “Qızıl payız“ paltarı geyinmiş qızı dəvət etdi. ”Qızıl payız” uşaqlara payız fəslindən, onun gözəlliyindən danışdı. Uşaqlar payız fəslinə, meyvələrə həsr olunmuş şeirlər söylədilər. Sonra ”Çətirlərlə rəqs”, “Göbələk rəqsi “,”Quşların rəqsi”,”Yarpaqların rəqsi” kimi maraqlı rəqslər ifa etdilər. Böyük yaş qrupunun uşaqları “Əkinçiliklə” bağlı maraqlı səhnəcik nümayiş etdirdilər. Şənlik “Meyvələrin rəqsi” və şeirlərlə davam etdi. Tədbirdə iştirak edən uşaqlara kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi. Uşaq bağçasının müdiri keçirilən tədbirlə bağlı kitabxananın əməkdaşlarına öz təşəkkürünü bildirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər