8 noyabr 2012-ci ildə F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ili “İdman ili” elan etməsi ilə əlaqədar olaraq “2012- İdman ili” adlı təbir kecirildi. Tədbirdə Beynəlxalq dərəcəli hakim, Əməkdar jurnalist, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında yaranan futbol muzeyinin direktoru Abbas Əzimov, boks üzrə XXVIII Afina Yay Olimpia Oyunlarının bürünc mükafatçısı, boks üzrə əməkdar idman ustası Fuad Aslanov, Dünya məktəbinin 5,6,7-ci sinif şagirdləri iştirak edirdi.Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq idman haqqında qısa məlumat verdi, respublikamızda idmana göstərilən dovlət qayğısından danışdı. Daha sonra Abbas Əzimov və Fuad Aslanov idman sahəsindəki uğurlarından söz açdılar və şagirdlərin onlara ünvanladığı sualları cavablandırdılar.Tədbirin sonunda viktorina keçirildi və Dunya məktəbinin şagirdlərindən Nəsirzadə Nihad, Yusifzadə Ramazan, Quliyev Nahid, Fərəczadə Ülvi, Cəfərov Bəhram viktorinanin qalibi oldular. Şagirdlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalının son nömrələri hədiyyə edildi

<Tədbirin şəkilləri

Bütün xəbərlər