7 noyabr 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Nəsimi rayonundakı 152 saylı orta məktəbin 3-cü sinif şagirdlərilə birgə “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Kitabxananın əməkdaşı İlahə Abdullayeva müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərdən söhbət açaraq bayraq günü haqqında şagirdlərə ətraflı məlumat verdi. Proyektorla Bayraq meydanının açılış günündən bəhs edən video çarxa baxıldı. Sonra şagirdlər Azərbaycana , dövlətimizin atributları olan- bayrağımız, gerbimiz, himnimizə həsr olunan şeirlər söylədilər, mahnılar ifa etdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər