1 iyun 2012-ci il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Nəsimi rayonundakı 46 saylı məktəbdənkənar tərbiyə mərkəzi ilə birlikdə bayram şənliyi və asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə Nəsimi rayon polis idarəsinin əməkdaşları da iştirak etmişdir. Uşaqlar bir-birindən gözəl mahnı, rəqs və şeirlərlə çıxış etmiş, yol hərəkəti qaydalarını nümayiş etdirmişlər. Tədbirdə uşaqların rəsmləri, əl işləri də nümayiş olunmuşdur. Kitabxanamızın təşkil etdiyi kitab sərgisi tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Tədbirin sonunda rəsm müsabiqəsi qaliblərinə fəxri fərman və hədiyyə, iştirakçılara kitabxanamızın “Göy qurşağı” jurnalı verilmişdir.

<Tədbirin şəkilləri

Bütün xəbərlər