26 may 2012-ci il tarixdə kitabxananın 2 saylı filialının əməkdaşları Xətai rayon 222 saylı uşaq baxçasında 28 may Respublika günü münasibətilə ''Canım Azərbaycanım!'' adlı səhərcik keçirdi. Səhərcikdə uşaq baxçasının tərbiyəçiləri, uşaqlar, valideynlər, kitabxananın əməkdaşları iştirak edirdi. Şənlik Azərbaycanın himni ilə başladı. Tədbirdə uşaqlar "Tıq-tıq xanım" nağılını səhnələşdirilmiş formada göstərdilər, şeir söylədilər, mahnı oxudular. Kitabxanaçılar uşaqlara " Göy qurşağı " uşaq jurnalını hədiyyə etdilər. Səhərciyin sonunda baxçanın müdirəsi tədbirin təşkilatçılığına görə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının əməkdaşlarına öz təşəkkürünü bildirərək tədbirin əhəmiyyətindən danışdı və səhərciyi yekunlaşdırdı.
Tədbirdə istifadə olunan ədəbiyyat:
1. O. Rıza "Baldan şirin balalar"
2.M. Araz "Vətən deyin"
3."Müntəxabat"
4."El bilir ki, sən mənimsən"
5."Tıq-tıq xanım"
6."Tülkü həccə gedir"
7.Ə. Əlibəyli "Azərbaycan torpağı"

<Tədbirin şəkilləri

Bütün xəbərlər