3 may 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi Nəsimi rayonu 36 saylı orta məktəbdə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən“ adlı ədəbi bədii gecə kecirdi. Tədbirdə kitabxananın əməkdaşları, 36 saylı məktəbin müəllimləri, V-VIII sinif şagirdləri iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Ceyran Əliyeva açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqda qısa məlumat verdi. Həmçinin məktəbin dil-ədəbiyyat müəllimi Nəcəfalı Həsənov, tarix müəllimi Aytən Səlimova, kitabxananın işçisi İlahə Abdullayeva ulu ondərimiz haqda maraqlı fikirlərini söylədilər. Daha sonra şagirdlər “Bir dahi doğuldu, gəldi dünyaya”, “Vətən oğlu“, ”Dədə Heydər-Atatürk”, ”Olməz insana” və başqa şeirlər söylədilər. Ulu öndərimiz Heydər Əliyevin uşaqlarla birgə keçirilmiş tədbirlərdən bəhs edən slaydlar göstərildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş ”Sən elə bir zirvəsən“ mahnısını ifa etdilər. Sonda məktəbin direktoru keçirilən tədbirə gorə Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına öz minnətdarlığını bildirdi və bu əlaqələrin gələcəkdə daha sıx olmasını bildirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər