F.Köcərli adına Respublika Uşaq kitabxanasının ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi aprelin 10-da Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəblə birgə “Balalara hədiyyə” adlı musiqili-bədii kompozisiya keçirdi.
Tədbirdə II sinif şagirdləri çıxış edərək, birinciləri əlifbanı öyrəndikləri və F.Köçərli adına Respublika Uşaq kitabxanasına ilk dəfə üzv olduqları münasibəti ilə təbrik etdi, onları dilimizi, vətənimizi, torpağımızı, ədəbiyyatımızı sevməyə səslədi. Şagirdlər şeir söylədi, milli rəqslərimizi ifa etdilər. IIa sinif şagirdləri Əli Səmədlinin (musiqisi H.Mirməmmədli) “Cik-Cik xanım” nağılının səhnəciyini nümayiş etdirdilər. Tədbiri uşaqlar çox bəyəndilər və kitabxana kollektivinə öz təşəkkürlərini bildirdilər. İlk dəfə kitabxanaya yazılan oxuculara “Göy qurşağı” uşaq jurnalı və kiçik kitablar hədiyyə edildi. Tədbirin sonunda məktəbin direktoru Afət Bakıxanova çıxış edərək kitabxanaçılara, şagirdlərə, valideyinlərə öz minnətdarlığını bildirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər