2 aprel- Beynəlxalq Uşaq Kitabı Günüdür.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bununla əlaqədar IV Milli Uşaq Kitabı sərgisi təşkil etdi. Tədbiri keçirməkdə əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə bağlı onları son illərdə çap olunan müasir uşaq ədəbiyyatı, uşaq yazıçıları və nəşriyyatları ilə tanış etmək, mütaliəyə həvəsləndirmək idi.
Kitab sərgisi oxu zalında keçirildi. Tədbirdə müxtəlif başlıqlar altında “Xalq yaradıcılığı paytaxtları-2012”, “Nağıllar aləmində”, “Kitablarda mən hələ, baxıram şəkillərə”, “Təhsil nəşriyyatından”, “Altun nəşriyyatından”, “Dərədən, təpədən...”, “Nağıl boğçasından”, “Güvəncin nağılları”, “Çox oxuyan, çox bilər”, “Tarix- keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim” , “Yubilyar yazıçılarımız”, “Kitabxanada ən çox oxunan kitablar”, “Sənin maraq dünyan”və s. kitab sərgiləri nümayiş olundu. Sərgi 2-5 aprel tarixlərinə qədər davam etdi. Həmin günlərdə kitabxanaya çoxlu sayda məktəblilər, uşaq baxçasından balacalar gələrək uşaq ədəbiyyatı nümunələri ilə tanış oldular. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi “ Göy qurşağı” jurnalı hədiyyə edildi. 190 saylı məktəbin ikinçi sinif şagirdləri sərginin açılışı günü milli rəqslər və söylədikləri şeirləri ilə kitab və kitabxanaya olan sevgilərini göstərdilər. Uşaqlar arasında viktorina keçirildi, suala düzgün cavab tapanlar hədiyyə qazandı.
Uşaq yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Rafiq Yusifoğlu , Zahid Xəlil, Oqtay Rza, uşaq ədəbiyyatının görkəmli tədqiqatçısı Füzuli Əsgərli, Altun, Çinar-Çap, Turan, Təhsil nəşriyyatının əməkdaşları, məktəblilər, müəllimlər, valideynlər tədbirdə iştirak etdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər