F.Köçərli adına Respublika Uşaq Kitabxanası 29 mart 2012-ci il tarixində “31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş “Tarixin bir günü, və ya bir günün tarixi” adlı anım gecəsi keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd oxucuların diqqətini erməni terrorizminin vəhşilikləri ilə bağlı faktlara yönəltməklə tariximizi unutmamaqdır. Yeniyetmə və gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Tədbirdə Azərbaycan Dövlət Tarix muzeyinin elmi maarif sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, fəlsəfə elmləri doktoru Nardanə Yusifova, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, fəlsəfə doktoru, şair, professor Ənvər Əhməd, şair, publisist Teyyub Qurban və Xocalı şahidi, uşaq şairi və yazıçısı Ələmdar Quluzadə iştirak edirdi. Tədbiri kitabxananın direktoru F.Quliyeva açaraq soyqırımla bağlı uşaqlara məlumat verdi. Qonaqlar öz çıxışları ilə iki əsr davam edən soyqırımın tarixindən, bu günündən söhbət açdılar. Tədbirdə həmçinin “Qan yaddaşı” adlı kitab sərgisi və məlumat biblioqrafiya şöbəsinin hazırladığı “Unutmayaq” adlı video çarx və slaydlar oxucuların diqqətinə çatdırıldı.
Tədbirdə KİV nümayəndələrindən “Mədəniyyət” qəzetinin əməkdaşı, Müstəqil Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova iştirak edirdi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər