12 mart 2012-ci ildə kitabxananın oxu zalında Rusiya Federasiyasının “Ontari- Promtorq” -dan alınmış 786 adda 1572 nüsxə kitabların “Bizə kitab gəlib” adlı sərgisi keçirildi. Sərgi 1 həftə davam etdi. 14 mart tarixində Heydər Əliyev Fondunun dəvəti ilə Rusiya Xarici Ölkə Dövlət Kitabxanasından bir qrup nümayəndə kitabxananın qonağı oldu,həmçinin sərgi ilə də tanış oldular. Sərgidə məktəblilər, uşaq baxçaları, müəllimlər, fəal oxucular iştirak edirdi. Yüksək estetik zövqlə, bədii tərtibatla işlənmiş kitablar haqqında maraqlı fikirlər söyləndi. Müəllimlər məktəb proqramı ilə əlaqədar bəzi kitabların alınması ilə bağlı rəylərini bildirdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər