BMT 21 mart gününü - Beynəlxalq Novruz Günü elan etmişdir. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi 13 mart 2012-ci ildə Moskva şəhəri Nepetinski rayonundakı uşaq evi ilə “Novruzum, Yazım mənim” adlı “Bakı- Moskva. Milli dəyərlərimizi qoruyaq” adlı telekörpü keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd Rusiyanın Moskva şəhərində yerləşən uşaq evinin sakinlərinə elimizin gözəl bayramı olan Novruzla bağlı məlumat vermək, uşaqların ifasında el şənliyini göstərməklə milli, mənəvi dəyərlərimizin dünyanın hər bir yerində qorunub saxlanması idi.
Bayram şənliyi Səbael rayonundakı 7 saylı məktəbdə Nazilə Əzimovanın hazırlığı altında 5-çi sinif şagirdləri ilə oldu. Tədbirdə Novruz bayramı ilə əlaqədar Novruz xonçaları təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə F.Köçərli adına Kitabxananın direktor müavini Zahirə xanım Dadaşova açaraq Moskvadakı uşaqları salamladı, ulu öndərimizin Novruzla bağlı sözlərinı çıxışında vurğuladı. Bayram şənliyi təqdim olundu. Uşaqlar milli geyimdə çıxış edərək, şeirlər və mahnılar söylədilər, səməni və xonçalarla rəqs etdilər, novruz çərşənbələrindən danışdılar, papaqatdı, yumurta döyüşü, ocaq üzərindən tullanma kimi qədim adətlərimizi göstərdilər. Kosa və Keçəl öz məzəli səhnəcikləri ilə uşaqları xeyli güldürdü.
Uşaqlar moskvalı həmyaşıdları ilə dialoq qurdular, onları bayram münasibətilə təbrik edib, Azərbaycana dəvət etdilər.

<Tədbirin şəkilləri

Bütün xəbərlər