25 fevral 2012-ci ildə Yasamal rayonundakı 53 saylı məktəbdə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, dedektiv romanlar ustası kimi tanınan Elxan Elatlı ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Zahirə Dadaşova açaraq yazıçı haqqında qısa məlumat verdi və bildirdi ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2011-ci ildə Elxan Elatlını “ İlin ən çox oxunan yazıçısı” elan etmişdir. Tədbirdə şagirdlər yazıçının “Cəhənnəmdən gələn səs”, “Qan ləkəsi” və “Qisas gecəsi” kitabları əsasında hazırladıqları kompozisiyanı təqdim etdilər, şeirlər söylədilər. Sonra isə oxucuların sual-cavabı əsasında diskussiya oldu. Tədbir yeniyetmələrdə vətənpərvərlik hissi aşılamaqla yüksək səviyyədə keçdi. Məktəbin direktoru kitabxana kollektivinə təşəkkür etdi.
25 fevral 2012-ci ildə F.Köçərli adına Respublika uşaq kitabxanasının kütləvi işlər şöbəsi Nəsimi rayon İcra Hakimiyyətinin Sarabski adına klubda Xocalı Soyqırımının 20 illiyinə həsr olunmuş tədbirində iştirak edərək, “Bir şəhər vardı- adı Xocalı” adlı geniş kitab sərgisi təşkil etmişdir. Sərgidə kitablardan əlavə, qəzet və jurnal məqalələri, şirma kataloqu, şəkillər, ədəbiyyat siyahıları nümayiş olunaraq rayon ictimaiyyətinin diqqətinə çatdırılmışdır.
24 fevral 2012-ci il tarixdə kitabxananın 1 saylı filialı Respublika İncəsənət Gimnaziyasında “Əsir ruhların fəryadı” adlı xatirə gecəsi keçirmişdir.
Xətai rayonunda yerləşən 2 və Binəqədi rayonundakı 3 saylı filial kitabxanada və yaxın ərazidə yerləşən məktəblərdə (253,265,99,100) Xocalı soyqırımı ilə əlaqədar kitab sərgiləri təşkil etmiş, söhbətlər aparmış, tədbirlərdə iştirak etmişlər.


<Tədbirin şəkilləri

Bütün xəbərlər