25 yanvar 2012-ci ildə F. Köçərli adına Respublika Uşaq kitabxanasında çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ələmdar Quluzadə ilə oxucuların görüşü keçirildi. Tədbirdə yazıçı Gülzar İbrahimova, “Savalan” qəzetinin əməkdaşı Sürəyya xanim, Nəsimi rayon 42 saylı orta məktəbin 4-cü sinif şagirdləri, müəllimlər, kitabxananın əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözi ilə kitabxananın direktoru F.Quliyeva açaraq tədbir iştirakçılarını salamladı, şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Şagirdlər Ələmdar Quluzadənin vətənə, ana dilimizə və Qarabağa həsr olunmuş şeirlərindən söylədilər, “Qürbətə düşən daş” kitabındakı nağıllar üzrə səhnəcik göstərdilər. Ələmdar Quluzadə şagirdlərin ona ünvanladığı sualları cavablandırdı və yeni şeirlərindən söylədi. Tədbirdə iştirak edən şagirdlərə kitabxananın “Göy qurşağı” jurnalı hədiyyə edildi, şairlə xatirə şəkli çəkildi.

<Tədbirin şəkilləri

Bütün xəbərlər