19 yanvar 2012-ci ildə XXI əsr liseyində “Qan yaddaşımız- 20 yanvar” adlı tədbir keçirildi. Tədbirdə dedektiv romanlar və vətənpərvərlik ruhunda əsərlər yazan yazıçı Elxan Elatlı ilə görüş oldu. Kitabxananın direktor müavini Zahirə Dadaşova yazıçının həyat və yaradıcılığı haqqında danışaraq onu oxucularına təqdim etdi. Tədbirdə Elxan Elatlının Azərbaycanaın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” romanının müzakirəsi keçirildi. Sonra tədbir iştirakçıları arasında “Vətənpərvər kimdir?” adlı rəy sorğusu aparıldı. Rəy sorğusunun keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinə vətənpərvərlik ruhunun aşılanması idi. Biz düşünürük ki, gənc nəslin unutqan olması, vətənpərvərlik ruhunun aşağı səviyyədə olması kimi problemləri aradan qaldırmaq üçün belə tədbirlərin keçirilməsi məqsədəuyğundur.

<Tədbirin şəkilləri

Bütün xəbərlər